Dözmək olmur - Mahnı sözləri,Şarkı sözü, Lyrics
Dözmək olmur
Mus.: Eldar Mansurov
Söz.: Vahid Əziz
Dağ başında qar üstünə qar gələr,
Gileylənmək zirvələrə ar gələr,
Hər nə geysəm - vücuduma dar gələr,
Bu darlığa dözmək olmur, əzizim.
Əzəl gündən dünya yalan dünyadı,
Baha satan, ucuz alan dünyadı,
Arzularım nakam qalan dünyada,
Dağılanı düzmək olmur əzizim.
Kaş ki, dünya namərdliyi ataydı,
Qəlbim bir an istəyinə çataydı
Yaşamağım göz yaşıdı haraydı
Göz yaşında üzmək olmur, əzizim.
Ləpələrə yalvarmaqdan bezmişəm,
Hönkürməkdən, ağlamaqdan bezmişəm
Səndən ayrı yaşamaqdan bezmişəm
El-obadan bezmək olmur, əzizim
Heç bilməzdim daşım belə ağırdı
Bəxtim belə biçarədi, fağırdı
Gedəcəyəm, göylər məni çağırdı
Daha Yerdə gəzmək olmur, əzizim
Dözmək olmur - Mahnı sözləri,Şarkı sözü, Lyrics
Reviewed by Mrs-N
on
Ocak 11, 2020
Rating:
Hiç yorum yok: