Xalq Mahnısı - Bağımda izim qaldı - Mahnı Sözləri,Şarkı Sözü,Lyrics

Bağımda izim qaldı


XALQ MAHNISI



Bağımda üzüm qaldı,
Dərmədim üzüm qaldı
İki əmiqızının
Birində gözüm qaldı.


Ayağında məsi var
Qızıldan düyməsi var
Qoymur gedəm yanına,
Bir zalım nənəsi var.

Əzizim gülü yansın
Butada gülü yansın
Məni yardan edənin
Ağzında dili yansın.

Bu dərədən qaz gedə
Qaqqıldaşa tez gedə
Tanrıya rəvadırmı
Dul kişiyə qız gedə.

Əzizim,təzə qarı
Dağların təzə qarı,
Arvadı çox deyingən kişinin
Saqqalı tez ağarır.

Əzizinəm bu dağa,
El köçübdür bu dağa,
Elə ki,mən dözürəm
Rəqib dözməz bu dağa.



Xalq Mahnısı - Bağımda izim qaldı - Mahnı Sözləri,Şarkı Sözü,Lyrics Xalq Mahnısı - Bağımda izim qaldı - Mahnı Sözləri,Şarkı Sözü,Lyrics Reviewed by noname on Ağustos 05, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.