Məmmədbağır Bağırzadə - Azərbaycan oğluyam - Mahnı sözləri,Şarkı sözləri,Lyrics

Azərbaycan oğluyam


Mus: Ələkbər Tağıyev
Söz: Hafiz Baxış
---



Uzaq-uzaq ellərdə
Adım var, ünvanım var
Dastanlara sığmayan
Şöhrətim var, şansım var

Qəhrəmanlar içində
Neçə qəhrəmanım var

Cavanşirəm, Babəkəm
Nəbiyəm, Koroğluyam

Azərbaycan oğluyam


Göy göl dərin düşüncəm,
Dəlidağ vüqarımdır
Kür, Araz coşqun qanım
Xəzər şah damarımdır

Can dərmanı istəsən, istə
Ey dost, varımdır

Torpağım bol, suyum bol
Aranlıyam, dağlıyam
Azərbaycan oğluyam


Nizamilər övladı
Nəsimilər nəsliyəm
Yurdum odlar yurdudur
Mən Günəş nəfəsliyəm

Təbiətim belədir
Toy-bayram həvəsliyəm

Ürəyi dost soraqlı
Süfrəsi qonaqlıyam
Azərbaycan oğluyam




Məmmədbağır Bağırzadə - Azərbaycan oğluyam - Mahnı sözləri,Şarkı sözləri,Lyrics Məmmədbağır Bağırzadə - Azərbaycan oğluyam - Mahnı sözləri,Şarkı sözləri,Lyrics Reviewed by noname on Haziran 20, 2019 Rating: 5

2 yorum:

Blogger tarafından desteklenmektedir.