Azərbaycan qızları - Mahnı sözləri,Şarkı sözləri,Lyrics
Azərbaycan qızları
Mus: Ruhəngiz Qasımova
Söz: Dilsuz Mustafayev
Söz: Dilsuz Mustafayev
---
Qış ötüşər, bahar gələr,
Hörüyümüz ipək olar
Gözünüzdə dünya olar
Baxışınız çiçək olarə
Hörüyümüz ipək olar
Gözünüzdə dünya olar
Baxışınız çiçək olarə
Nəq:
Lalənin özündən gözəl
Bulağın gözündən gözəl
Qəlbimin sözündən gözəl
Azərbaycan qızları
Bulağın gözündən gözəl
Qəlbimin sözündən gözəl
Azərbaycan qızları
Ürəyimı sevda düşdü
Gizli-gizli oda yandım
Ay dolandı, il ötüşdü
Mən sevgimi ömür sandım
Gizli-gizli oda yandım
Ay dolandı, il ötüşdü
Mən sevgimi ömür sandım
Nəq:
Dağların gölündən gözəl
Baharın gülündən gözəl
Durnanın telindən gözəl
Azərbaycan qızları
Baharın gülündən gözəl
Durnanın telindən gözəl
Azərbaycan qızları
Qaragilə gözünüzü
Günə, Aya dəyişmərəm
Şirin-şəkər sözünüzü
Bu dünyaya dəyişmərəm
Nəq:
Dalğalı dənizdən gözəl
Sevdalı ulduzdan gözəl
Lalədən, Nərgizdən gözəl
Azərbaycan qızları
Sevdalı ulduzdan gözəl
Lalədən, Nərgizdən gözəl
Azərbaycan qızları
Azərbaycan qızları - Mahnı sözləri,Şarkı sözləri,Lyrics
Reviewed by noname
on
Haziran 20, 2019
Rating:
![Azərbaycan qızları - Mahnı sözləri,Şarkı sözləri,Lyrics](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhblgEZzc-BTCjYbgW_UpVqsZtAr4b2Ik1-xdirmnY61FMI47m6_qP6ji9HXKZHB21Fy-7lbBqPdQk1laTEmGqPK77oUZH3sHMo3KfuWxAC3c1xKZfF-c_9gqCzP5fqwAyXRWfoASx6Izc/s72-c/foto+min+bir+mahni+soz.jpg)
Hiç yorum yok: