Nuri Sərinləndirici - Bibi - Mahnı Sözləri - Şarkı Sözü - Lyrics




NURİ BİBİ SÖZLƏRİ



Qaynana filmindən
Mus - Tofiq Quliyev
---




Bibi bibi can bibi can sənə qurban bibi
Həna yaxıb başına olarsan cavan bibi


Bibi bibi can
bibi bibi can

Ay bibi gəlsin səsin
Əziz sənə bir kəsin
Otur qardaşın balası
Sənə qulluq eyləsin

2

Gəldim bibi sorağına
Gəlin gəlir ocağına
Bu toydan bir il keçsin
Nəvə alasan qucağına
Bir il bu toydan keçsin
Nəvə tutasan qucağına

bibi bibi can

Üzün ağ olsun bibi
Canın sağolsun bibi
Artsın nəvə nəticən
Min budaq olsun bibi

Əziz biboğlum indi
Bəy kostyumun geyindi
Hamıdan artıq bu gün
Mənim bibim sevindi


Bibi bibi can

Çox şükür övladına
Qurdun toy nişan bibi
Nənə olasan bibi
Cavan qalasan bibi



Bibi bibi can

Belə gözəl gün olmaz
Belə toy düyün olmaz
Dünyada milyon bibi var
Mənim bibimdən olmaz

Bibi bibi can bibi can sənə qurban bibi
Hər zaman öz gəlninə olsun mehriban bibi







Nuri Sərinləndirici - Bibi - Mahnı Sözləri - Şarkı Sözü - Lyrics Nuri Sərinləndirici - Bibi - Mahnı Sözləri - Şarkı Sözü - Lyrics Reviewed by noname on Ağustos 05, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.