Məmmədbağır Bağırzadə - Bağıban - Mahnı sözləri,Şarkı sözü,Lyrics
Bağıban
Mus: Məmmədbağır Bağırzadə
Söz: Şahin Fazil
Söz: Şahin Fazil
Bağıban, ay bağıban, bağə nigarım gəlir
Mən necə bağdan çıxım, indicə yarım gəlir
Mən necə bağdan çıxım, indicə yarım gəlir
Bəslədiyin güllərə, göz ucu da baxmaram,
İnsafın olsun sənin, gör necə varım gəlir
İnsafın olsun sənin, gör necə varım gəlir
Təsiri yoxdur gülün, ya da xumar bülbülün,
Qəlbi xumar etməyə qəlbi xumarım gəlir
Qəlbi xumar etməyə qəlbi xumarım gəlir
Meyvə veribsən mənə, tazə nübardır, demə,
Yoxdur meylim meyvənə, tazə nübarım gəlir
Yoxdur meylim meyvənə, tazə nübarım gəlir
Bağə gəlir bir qonaq,sanki yanan bir çıraq
Laləyə bənzər yanaq, laləli yarım gəlir
Laləyə bənzər yanaq, laləli yarım gəlir
Darvazana vur kilid, get, açaram mən onu,
Bir dəfə sim-sim desəm, bil ki, açarım gəlir
Bir dəfə sim-sim desəm, bil ki, açarım gəlir
Möcüzədir möcüzə, gör necə yarım gəlir
Bağıban, ey bağıban, bağə nigarım gəlir
Bağıban, ey bağıban, bağə nigarım gəlir
Məmmədbağır Bağırzadə - Bağıban - Mahnı sözləri,Şarkı sözü,Lyrics
Reviewed by noname
on
Haziran 23, 2019
Rating:
Hiç yorum yok: