Dözə bilmədim - Mahnı sözləri, Şarkı sözleri,Lyrics

Dözə bilmədim


Mus.: Məmmədbağır Bağırzadə 
Söz.: Zivər Ağayeva 


Yenə də görüşdük, durduq üz üzə
Sözlərim qırıldı, dözə bilmədim
Sükuta qərq olub susub dayandım
Əlimi-əlindən üzə bilmədim 



Qarşımdan xəyal tək görünəndə sən,
Bilmədim çiçəksən, bilmədim gülsən
Hansı çəmənlikdə,dağda bitmisən
Ətrini qoxlayım üzə bilmədim



Bu necə sevincdi,necə görüşdü
Bir anda elə bil illər ötüşdü
Sən getdin, yollara izlərin düşdü 
İzini tapdayıb gəzə bilmədim.



Mən necə deyim ki, vüsala yetdim 
O yerdə daş olub, o yerdə bitdim,
Bilmirəm sən necə ayrılıb getdin.
Mən bu ayrılığa dözə bilmədim.
Dözə bilmədim - Mahnı sözləri, Şarkı sözleri,Lyrics Dözə bilmədim - Mahnı sözləri, Şarkı sözleri,Lyrics Reviewed by Mrs-N on Ocak 10, 2020 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.