Dinə bilmədim - Mahnı sözləri,Şarkı sözü, Lyrics
Dinə bilmədim
Mus.: Ələkbər Tağıyev
Söz.: Hüseyn Arif
İlk dəfə sahildə gördüm onu mən
Gizli bir üşütmə keçdi qəlbimdən
Çevirdi üzünü mavi Xəzərə
O dənizə baxdı, mən o gözlərə
Dinmək istədim, dinə bilmədim
Nə edim, bilmədim!
Dolandı bahar, yay, dolandı payız
Fikrimdən silinib getmədi o qız
Aradım mən onu bağda, bağçada
Hüsnünü hər zaman salaraq yada.
Görmək istədim, görə bilmədim
Nə edim, bilmədim
Mən toya çağrıldım, bir axşamçağı
Bəzənib gülürdü qonaq otağı.
Görüncə tanıdım mən, o gözləri
Ağ libas geyinib, o gözəl pəri.
Hamı dinsə də, dinə bilmədim
Nə edim, bilmədim!
Dinə bilmədim - Mahnı sözləri,Şarkı sözü, Lyrics
Reviewed by Mrs-N
on
Aralık 24, 2019
Rating:
Hiç yorum yok: