Baloğlan Əşrəfov, Nədəndir, Mahnı Sözləri, Lyrics

BALOĞLAN ƏŞRƏFOV
NƏDƏNDIR
Mahnı Sözləri, Lyrics
Online Mahnı Kitabı


1 ci bənd

Gah ağlatdın, gah güldürdün sən məni
Hikmətini bilmək olmur nədəndir?
Selə, suya, qərq eylədin cahanı
Göz yaşını, silmək olmur nədəndir?


- nəq -

Nədəndir... ?  Nədəndir ..?
Göz yaşını, silmək olmur nədəndir?

2 ci bənd

Nə biləydim xəzan vurmuş gül'müşəm
Öz ömrümü, sənin ömrün bilmişəm
Fələk məni ağladanda gülmüşəm
Sən ağladsan gülmək olmur... Nədəndir?

- nəq -

Nədəndir..?
Nədəndir...?
Sən ağlatsan gülmək olmur nədəndir...?

3 cü bənd

Yaşamağa nə aman var,  nə güman
Başım üstən çəkilməyir çən duman
İstəyirəm həsrətindən verim can
Həsrətindən ölmək olmur, Nədəndir...?

- nəq -

Nədəndir..?
Nədəndir..?
Həsrətindən ölmək olmur nədəndir?

Baloğlan Əşrəfov, Nədəndir, Mahnı Sözləri, Lyrics Baloğlan Əşrəfov, Nədəndir, Mahnı Sözləri, Lyrics Reviewed by minbirmahni on Şubat 22, 2016 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.