Bu yana döndər məni - Mahnı Sözləri Şarkı Sözü Lyrics

Bu yana döndər məni

Xalq mahnısı

Su sərindir, keçilməz,
Bulanıqdır, içilməz.
Mənə deyən, yardan keç,
Yar şirindir, keçilməz.

Nəq.:

Yar, bu yana döndər məni,
Yar, o yana döndər məni.
Ürəyim yaralıdır.
Təbibə göndər məni.

Məni görüb, güldü yar,
Hər dərdimi bildir yar.
Açıb güllü dəsmalı
Göz yaşımı sildi yar.

Hər gözəldən yar olmaz
Sevən ixtiyar olmaz.
Yarı zalım olana,
Cavan ömrü yar olmaz.

Bu yana döndər məni - Mahnı Sözləri Şarkı Sözü Lyrics Bu yana döndər məni - Mahnı Sözləri Şarkı Sözü Lyrics Reviewed by noname on Ekim 19, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.