Bu torpağa borcluyam - Mahnı Sözləri Şarkı Sözü Lyrics

Bu torpağa borcluyam

Mus: Şəfiqə Axundova
Söz: Bəxtiyar Vahabzadə


İlk andım - Vətənimdir,
Mən gah odam, gah suyam.
Bu torpaqdan yarandım,
Bu torpağa borcluyam.

Nəq.:

Xoşbəxtəm ki, Vətənim
Azərbaycandır mənim...

Dövr eləyən qanımdır
Kürüm, Arazım mənim.
Küləklər mizrabımdır,
Ağaclar sazım mənim.

Mənim damarlarımda
Gur sellər çağlamışdır.
Anam cəngilər üstə
Məni qundaqlamışdır.

Ağ zirvəli dağlarım,
Əyilməz başım mənim.
Tarixdən də qədiməm,
Bilinməz yaşım mənim.

Bu torpağa borcluyam - Mahnı Sözləri Şarkı Sözü Lyrics Bu torpağa borcluyam - Mahnı Sözləri Şarkı Sözü Lyrics Reviewed by noname on Ekim 19, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.