Bu sevgidən yorulmuşam - Mahnı Sözləri Şarkı Sözü Lyrics

Bu sevgidən yorulmuşam

Mus.: Aygün Səmədzadə
Söz.: Şərqiyyə Seyidbəyli

Taleyimə üsyan edib,
İnanmışdım sözlərinə.
Baxışmı dünyam bilib,
Sığınmışdım gözlərinə.

Nəq.:

Buludları duman bilib,
Mən özümü aldatmışam.
Gözlərinə dünyam deyib,
Uçuruma atılmışam.

Gözün zülmət uçurummuş,
Sonsuzluğa uçulmuşam.
Dünyam məni qorumurmuş,
Bu sevgidən lap yorulmuşam.

Şirin-şirin arzulardan
Bir kəhkəşan ucaltmışdım,
Ümid yolu xəyallardan
Bir kainat yaratmışdım.

Bu sevgidən yorulmuşam - Mahnı Sözləri Şarkı Sözü Lyrics Bu sevgidən yorulmuşam - Mahnı Sözləri Şarkı Sözü Lyrics Reviewed by noname on Ekim 19, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.