Bu nə görüş oldu - Mahnı Sözləri Şarkı Sözü Lyrics

Bu nə görüş oldu

Mus: Nəriman Məmmədov
Söz" Ramiz Heydər

İllərlə biz vüsal həsrəti çəkdik
Gözlədik illəri illərə qatdıq.
Dikdik gözümüzü yollara dikdik,
Çatdı görüş dəmi, görüş saatı.

Nəq.:

Sevinci qalaydı görüşümüzün
Mehriban gözlərdə yaş olmayaydı.
Görüşdük gülər, şən ayrıldıq məhsun,
Görüş, belə görüş, heç olmayaydı.

Bilmirəm bu görüş nə görüş oldu
Yatmışdıq elə bil ayrıldıq yenə
Könlümüz bir anda boşaldı, doldu
Görüşdük, danışdıq, ayrıldıq yenə.

Bizim vüsalımız bircə an oldu,
Görüşdük, ayrıldıq, mehriban, əziz
Bu nə görüş oldu, həyəcan oldu,
Məgər, ayrılmaqçın, görüşdükmü biz?

Bu nə görüş oldu - Mahnı Sözləri Şarkı Sözü Lyrics Bu nə görüş oldu - Mahnı Sözləri Şarkı Sözü Lyrics Reviewed by noname on Ekim 19, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.