Bu yerlərdə qalaydım - Mahnı Sözləri Şarkı Sözü Lyrics

Bu yerlərdə qalaydım

Dağlar mənə gəl-gəl desə ürəkdən,
Gəlib, elə bu yerlərdə qalardım.
Təbiətlə sevincimi, dərdimi
Bölüb, elə bu yerlərdə qalaydım.

Nəq.:

Nə gözəldir bu yerlərin talası
Mən getsəm də, könlüm burda qalası,
Sevsə məni bir zalımın balası,
Ölüb elə bu yerlərdə qalardım.

Nəfəsimdə yaşadardım ətrini,
Əzizlərdim çiçəklərin çətrini,
Ömrün,günün qiymətini, qədrini,
Bilib, elə bu yerlərdə qalardım .

Bu yerlərdə qalaydım - Mahnı Sözləri Şarkı Sözü Lyrics Bu yerlərdə qalaydım - Mahnı Sözləri Şarkı Sözü Lyrics Reviewed by noname on Ekim 19, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.