Bulaq - Mahnı Sözləri Şarkı Sözü Lyrics
Bulaq
Mus: Səid Rüstəmov
Söz: Mirmehdi Seyidzadə
Durnagözlü sərin bulaq,
Məskənindir zümrüd yaylaq.
Maral içir sularından,
Kölgə salır sənə qovaq...
Dağ döşündə durulursan,
Qayalardan burulursan,
Şırıldayıb axan zaman
Elə bil ki parlaq nursan.
Şərbətisən hər yaylağın
Yayda olur çox yığnağın
Ellər gəlir görüşünə,
Əskik olmur heç qonağın.
Bulaq - Mahnı Sözləri Şarkı Sözü Lyrics
Reviewed by noname
on
Ekim 19, 2019
Rating:
Hiç yorum yok: