Bulaq başında - Mahnı Sözləri Şarkı Sözü Lyrics

Bulaq başında

Mus.: Habil Əliyev

O qızı görəndə bulaq başında
Qəlbimdə kükrəyən bulağı gördüm.
Laləli,nərgizli çəmən içində
Laləyə rəng verən yanağı gördüm.

Nəq.:

Ona könül açdım, çatıldı qaşı,
Dinmədi, söz verdi sözümə qarşı
Bu dəmdə böyürdən çıxdı qardaşı
Tutuldu tez dili-dodağı, gördüm.

Sevən qəlb dilsiz də danışacaqdır,
Gələn görüşümüz - dedim - nə vaxtdır?
Qız dönüb gözaltı gözümə baxdı,
Bu gizli baxışda sabahı gördüm.

Bulaq başında - Mahnı Sözləri Şarkı Sözü Lyrics Bulaq başında - Mahnı Sözləri Şarkı Sözü Lyrics Reviewed by noname on Ekim 19, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.