Bülbül - Şarkı sözü, Mahnı sözləri, Lyrics

Bülbül

Xalq mahnısı

Bülbülün geydiyi sarı,
Ağlayaram zarı-zarı.
İtirmişəm gözəl yarı,
Oxu,oxu, nazlı bülbül!


Nəq.:

Axtarıram nazlı yarı,
Oxu,oxu, nazlı bülbül!

Bülbülün geydiyi atlas,
Atlasa iynə batmaz.
O qız ölər, məni atmaz,
Oxu,oxu nazlı bülbül!

Nəq.:

Yarım ölər məni atmaz,
Oxu,oxu nazlı bülbül!

Bülbülün geydiyi yaşıl,
Gün dəyəndə parıldaşır
Qız görsəm, dilim dolaşır,
Oxu,oxu nazlı bülbül!

Nəq.:
Yar görsəm, dilim dolaşır,
Oxu,oxu nazlı bülbül!

Bülbül - Şarkı sözü, Mahnı sözləri, Lyrics Bülbül - Şarkı sözü, Mahnı sözləri, Lyrics Reviewed by Mrs-N on Ekim 21, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.