Bura Vətəndi - Şarkı sözü,Mahnı sözləri,Lyrics
Bura Vətəndi
Mus.: Cavanşir Quliyev
Söz: Dilsuz Mustafayev
Bura Vətəndi, gülü bitəndi, əlim çatandı,
Ünüm yetəndi - bura Vətəndi.
Kəpəz ucadı, yolu xalçadı, gülü qönçədi
Gedən gözəlin eli Gəncədi.
Bura ayazdı, suyu dayazdı, gəmim buz tutar,
Neylim ayazdı, Leylim ayazdı.
Bu el Şuşadı, gözək Şuşadı, üzmə gülünü,
Gülü qoşadı - gözəl Şuşadı.
Bu el Şəkidi, gözəl Şəkidi, yenə dünyadan
Əzəl Şəkidi, gözəl Şəkidi.
Bura Vətəndi - Şarkı sözü,Mahnı sözləri,Lyrics
Reviewed by Mrs-N
on
Ekim 21, 2019
Rating:
Hiç yorum yok: