Bülbül - Şarkı sözü,Lyrics,Mahnı sözləri
Bülbül
Mus.: Ələkbər Tağıyev
Söz.: Məmməd Rahim
Yenə qonub şah budağa,
Nə sızlarsan belə, bülbül?!
Vəfasızdır yarın sənin,
Yanıb dönmə külə, bülbül!
Nəq.:
Hər aşiqin dövranı var,
Hər bir bağın bağbanı var.
Hər bağçanın reyhanı var,
Rahimin öz cananı var,
O bənzəməz gülə, bülbül!
Ömrün şirin bir çağında,
Qəmli ötmə gül bağında,
Vəfasızın sorağında
Ömrü vermə bada, bülbül!
Öz meylini salmış xara,
Etmiş səni bəxti qara,
Aşiq olub dönük yara,
Düşmə dildən-dilə bülbül!
Bülbül - Şarkı sözü,Lyrics,Mahnı sözləri
Reviewed by Mrs-N
on
Ekim 21, 2019
Rating:
Hiç yorum yok: