Bənövşə ( Romans) -Mahnı sözləri, Şarkı sözü, Lyrics

Bənövşə

Mus: Səid Rüstəmov
Söz :  Aşıq Qurbani


Başına döndüyüm, gülüzlü pəri,
Adətdir, dərərlər yaz bənövşəni
Ağ nazik əlinlə bir dəstə bağla
Tər buxaq altına düz bənövşəni.

Tanrı səni gül camala yetirmiş
Səni görən aşiq əqlin itirmiş
Gözəl qızlar  dərib yara gətirmiş
Heyif ki dəriblər az bənövşəni


Qurbani der, könlüm sənnən sayrıdır
Nə etmişəm yarım məndən ayrıdır
Ayrılıqmı çəkib boynu əyridir?
Heç yerdə görmədim düz bənövşəni.






Bənövşə ( Romans) -Mahnı sözləri, Şarkı sözü, Lyrics Bənövşə ( Romans) -Mahnı sözləri, Şarkı sözü, Lyrics Reviewed by Mrs-N on Eylül 16, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.