Bəlkə yarım gələr oldu - Şarkı sözü, Mahnı sözləri,Lyrics

Bəlkə yarım gələr oldu
Mus: Rauf Hacıyev
Söz: Rəsul Rza
Sarı bülbül gül başına dolandı
Yazıq könlüm həsrətinə qalandı
Səbr, taqət, nəyim vardı apardın
Bir demədin nə soyğun, nə talandı.

Əsmə külək, əsmə külək
O dağlarda bir az yuban!
Əyil budaq, bəlkə yarım
Gələr oldu bu yollardan

Karvan bulud narın-narın səpələr
Gözəlləşər göy çəmənlər, təpələr
Aman Günəş, qoyma soyuq damcılar
Sevgilimin yanağından öpələr.

Dərələrdən ağlr duman sürünür
Göy yamaclar ağ örpəyə bürünür
O Aydımı çıxan qara buluddan,
Yoxsa yarım gözlərimə görünür.



Bəlkə yarım gələr oldu - Şarkı sözü, Mahnı sözləri,Lyrics Bəlkə yarım gələr oldu - Şarkı sözü, Mahnı sözləri,Lyrics Reviewed by Mrs-N on Eylül 16, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.