Balaoğlan Əşrəfov - Aytac Qızım, Mahnı Sözləri

Baloglan Esrefov - Aytac Qizim, Mahni Sozleri




Saçları qulac qulac
Qollarını geniş aç
Dur yanıma qaç qızım
Ay mənim Aytaç qızım...

Alma yanağım mənim
Qönçə dodağım mənim
Gözəllərə tac qızım
Ay mənim Aytac qızım...

Sevinc gətirdin bizə
Sən bizim ömrümüzə
Gözəllərə tac qızım
Ay mənim Aytac qızım...

Ətirlisən gül kimi
Saçaqlı sünbül kimi
Ömrümə nur saç qızım
Ay mənim Aytac qızım...

Hər sözü şirin şəkər
Qəlbimə məlhəm çəkər
Sözümə möhtac qızım
Ay mənim Aytac qızım...

Söz, Mus: Baloğlan Əşrəfov

Balaoğlan Əşrəfov - Aytac Qızım, Mahnı Sözləri Balaoğlan Əşrəfov - Aytac Qızım, Mahnı Sözləri Reviewed by minbirmahni on Haziran 09, 2016 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.