Bakının işıqları - Şarkı sözü,Mahnı sözləri,Lyrics (Mus: Elza Ibrahimova)

Bakının işıqları

Mus: Elza Ibrahimova
Söz: Adil Rəsul
---


Axşam düşəndə yanar,
Şəhər nura boyanar,
Küçələrdən boylanar,
Qırmızı,yaşıl,sarı,
Bakının işıqları.


Nə gözəldir, qəşəngdir,
Bakımıza çələngdir
Nurdan dəstə çiçəkdir
Qırmızı,yaşıl,sarı,
Bakının işıqları.

Şübhə qədər oyaqdır,
Elə bil ki, mayakdır,
Min gözlü çilçıraqdır,
Qırmızı,yaşıl,sarı,
Bakının işıqları.

Həm mənimdir,həm sənin,
Gözləridir gecənin,
Qırmızı,yaşıl,sarı.
Bakının işıqları.



Bakının işıqları - Şarkı sözü,Mahnı sözləri,Lyrics (Mus: Elza Ibrahimova) Bakının işıqları - Şarkı sözü,Mahnı sözləri,Lyrics (Mus: Elza Ibrahimova) Reviewed by Mrs-N on Ağustos 24, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.