Bakı gecələri - Mahnı sözləri,Şarkı sözü,Lyrics (Mus.: Ələkbər Tağıyev)

Bakı gecələri


Mus.: Ələkbər Tağıyev
Söz.:Ələknər Ziyatay
---


Aylı gecə,doğma şəhər
Ətrafına sal bir nəzər.
Yollarını nurla bəzər,
Bizim Bakı gecələri.

Əsər külək sərin-sərin
Qucağında göy Xəzərin.
Gözəlidir gecələrin,
Bizim Bakı gecələri.

Nəq.:

Bəzən sakit həyatlıdır,
Bəzən toylu-büsatlıdır
Göy göyərçin qanadlıdır,
Bizim Bakı gecələri.

Xoş ətirli yaza bənzər,
Yüz nəğməli saza bənzər,
Qara gözlü qıza bənzər,
Bizim Bakı gecələri.

Söhbətini şirin-şirin
Dinlə qoşa gəzənlərin
Sirdaşıdır gözəllərin,
Bizim Bakı gecələri.





Bakı gecələri - Mahnı sözləri,Şarkı sözü,Lyrics (Mus.: Ələkbər Tağıyev) Bakı gecələri - Mahnı sözləri,Şarkı sözü,Lyrics (Mus.: Ələkbər Tağıyev) Reviewed by Mrs-N on Ağustos 24, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.