Məktəb İlləri - Mahnı sözləri - Lyrics - Şarkı sözü - Mahni sozleri - Mekteb illeri

 




İfa: Zamiq Məmmədov ​Mus: E.B.M. Söz: Ağa Nurməmməd Ağayev


​Salam, uşaqlığın xatirələri, Salam, ömrümüzün ötən çağları. Dindirsən min kövrək xatirə söylər, O tanış partalar, dərs otaqları. ​Parta arxasında oturduq on il, On il qapıları açdıq, bağladıq. Ərköyün illərin xatirəsini, Məktəb çantamıza yığıb saxladıq. ​Məktəb illəri, illəri, illəri, Ömrün əziz günləri, günləri... ​Nurlu fikirlərin pəncərəsindən, Uçdu sabahlara xəyallarımız. Diksindik sonuncu zəngin səsindən, Başlandı həyata ilk yollarımız. ​Parta arxasında oturduq on il, On il qapıları açdıq, bağladıq. Ərköyün illərin xatirəsini, Məktəb çantamıza yığıb saxladıq. ​Məktəb illəri, illəri, illəri, Ömrün əziz günləri, günləri... ​Sinfin qapısını örtüb son kərə, Açdıq qapıları arzulara biz. Əlvida söylədik biz o illərə, Əlvida demədi ürəklərimiz. ​Parta arxasında oturduq on il, On il qapıları açdıq, bağladıq. Ərköyün illərin xatirəsini, Məktəb çantamıza yığıb saxladıq. ​Məktəb illəri, illəri, illəri, Ömrün əziz günləri, günləri...

Məktəb İlləri - Mahnı sözləri - Lyrics - Şarkı sözü - Mahni sozleri - Mekteb illeri Məktəb İlləri - Mahnı sözləri - Lyrics - Şarkı sözü - Mahni sozleri - Mekteb illeri Reviewed by minbirmahni on Mayıs 07, 2026 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.