Ay yaşıl söyüd - Mahnı Sözləri,Şarkı Sözü,Lyrics
Ay yaşıl söyüd
Mus:Xəyyam Mirzəzadə 
Söz:Nəriman Həsənzadə
Söz:Nəriman Həsənzadə
---
O burdan gedəli
Mən bura gəlmirəm
Soruşma niyə bəs?
Bilmirəm,bilmirəm ay yaşıl söyüd.
Mən bura gəlmirəm
Soruşma niyə bəs?
Bilmirəm,bilmirəm ay yaşıl söyüd.
Gəlibmi,gedibmi
Yanına o mənsiz?
Sən onsuz özgəsən
Yad olub o sənsiz,ay yaşıl söyüd
Yanına o mənsiz?
Sən onsuz özgəsən
Yad olub o sənsiz,ay yaşıl söyüd
Yağışlar yağanda
Yığardı ovcuna
O sənin saçını,
Mən onun saçını,ay yaşıl söyüd
Yanına qaçardıq
Gülüşə-gülüşə
Yıxıla-yıxıla
Sürüşə-sürüşə,ay yaşıl söyüd
Gülüşə-gülüşə
Yıxıla-yıxıla
Sürüşə-sürüşə,ay yaşıl söyüd
Küsülü gülüşü
Düşürmü yadına?
Saçların tökülüb
Ayaqlar altına, ay yaşıl söyüd
Düşürmü yadına?
Saçların tökülüb
Ayaqlar altına, ay yaşıl söyüd
Küləklər necə sərt 
Əsərmiş Ay aman!
Mənəmmi pərişan,
Sənsənmi pərişan,Ay yaşıl söyüd?...
Əsərmiş Ay aman!
Mənəmmi pərişan,
Sənsənmi pərişan,Ay yaşıl söyüd?...
Ay yaşıl söyüd - Mahnı Sözləri,Şarkı Sözü,Lyrics 
 
        Reviewed by noname
        on 
        
Mayıs 31, 2019
 
        Rating: 
 
        Reviewed by noname
        on 
        
Mayıs 31, 2019
 
        Rating: 

Hiç yorum yok: