Akif İslamzadə - Özünə Qurbanam - Mahnı Sözləri,Şarkı Sözü,Lyrics



"Özünə qurbanam"
Söz: Ənvər Əlibəyli
Mus: Andrey Babayev 
İfa: Akif İslamzadə




1.
Demişdin, yaz gəlsin, yaz gəldi, ay qız,
Söyüdlər sulara kölgə saldı.
Çiçəklər açıldı, göyərdi yarpız,
Verdiyin vədlər bəs, harda qaldı?
Nəqarət:
Özünə qurbanam,
Sözünə qurbanam,
Gözünə qurbanam, yar!
2.
Yaz qurtarır artıq, dinmirsən nədən?
Axı, söz vermişdin, əhdimiz var.
Dözə bilməyirəm, darıxıram mən,
Sevindir qəlbimi, ey gözəl yar.
3.
Verdiyin vədəyə əməl et, barı,
Birləşsin arzumuz, ürəyimiz.
Payızda eyləyək toyumuzu biz,
Hiss et qəlbimizdəki duyğuları.
MinBirMahni
Akif İslamzadə - Özünə Qurbanam - Mahnı Sözləri,Şarkı Sözü,Lyrics Akif İslamzadə - Özünə Qurbanam - Mahnı Sözləri,Şarkı Sözü,Lyrics Reviewed by noname on Eylül 22, 2017 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.