Niyə Bizə Gəlmirsən - Mahnı Sözləri,Şarkı Sözü,Lyrics




"Niyə bizə gəlmirsən?"
Söz: Hüseyn Abbaszadə
Mus: Qəmbər Hüseynli
İfa: Məmməd Salmanov


1.
Ay qız, məndən incimisən?
Niyə bizə gəlmirsən?
Apardın sevincimi sən,
Niyə bizə gəlmirsən?
Küsmək sənə yaraşmır, ay ala gözlüm,
Məyər, küsən barışmır, ay ala gözlüm?
Niyə bizə gəlmirsən?

2.
Qapımızdan sovuşursan,
Niyə bizə gəlmirsən?
Məni yaddan soruşursan,
Evə niyə gəlmirsən?
Mən ki, səndən küsməmişəm, ay ala gözlüm,
Ümidimi kəsməmişəm, ay ala gözlüm.
Niyə bizə gəlmirsən?


3.
Təzə nişan eyləmişik,
Niyə bizə gəlmirsən?
Məclis elan eyləmişik
Niyə bizə gəlmirsən?
Axı, belə sınaq olmaz, ay ala gözlüm,
Yar yarından uzaq olmaz, ay ala gözlüm,
Niyə bizə gəlmirsən?
MinBirMahni
Niyə Bizə Gəlmirsən - Mahnı Sözləri,Şarkı Sözü,Lyrics Niyə Bizə Gəlmirsən - Mahnı Sözləri,Şarkı Sözü,Lyrics Reviewed by noname on Eylül 22, 2017 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.