Niyaməddin Musayyev, Ah Bu Necə Məhəbbətdir, Mahnı Sözləri, Lyrics
1 ci bənd
Özü yandı özü söndü
Ah, bu necə məhəbbətdir.
Birdən-birə üzü döndü,
Ah, bu necə Məhəbbətdir.
Ah, bu necə məhəbbətdir.
Birdən-birə üzü döndü,
Ah, bu necə Məhəbbətdir.
Əvvəl idi axır oldu
Həmdəm idi, yağı oldu.
Həqiqətdir, nağıl oldu,
Ah, bu necə məhəbbətdir.
Həmdəm idi, yağı oldu.
Həqiqətdir, nağıl oldu,
Ah, bu necə məhəbbətdir.
- nəq -
Bir qisməti həsrət imiş,
Bir qisməti möhnət imiş,
Bir qisməti nifrət imiş,
Ah, bu necə məhəbbətdir?
Ah bu necə məhəbbətdir...
Bir qisməti möhnət imiş,
Bir qisməti nifrət imiş,
Ah, bu necə məhəbbətdir?
Ah bu necə məhəbbətdir...
2 ci bənd
Çox illərim heyif oldu,
Döndü xəyala, qeyb oldu.
Külü göylərə sovruldu,
Ah, bu necə məhəbbətdir...
Döndü xəyala, qeyb oldu.
Külü göylərə sovruldu,
Ah, bu necə məhəbbətdir...
- nəq -
Bir qisməti həsrət imiş,
Bir qisməti möhnət imiş,
Bir qisməti nifrət imiş,
Ah, bu necə məhəbbətdir?
Ah bu necə məhəbbətdir...
Bir qisməti möhnət imiş,
Bir qisməti nifrət imiş,
Ah, bu necə məhəbbətdir?
Ah bu necə məhəbbətdir...
Söz: Cabir Novruz
Mus: Niyaməddin Musayyev
Mus: Niyaməddin Musayyev
Niyaməddin Musayyev, Ah Bu Necə Məhəbbətdir, Mahnı Sözləri, Lyrics
Reviewed by minbirmahni
on
Mart 05, 2016
Rating:
Hiç yorum yok: