Zeynəb Xanlarova, Arzu Qızım , Mahnı Sözləri, Lyrics

ZEYNƏB XANLAROVA,
ARZU QIZIM,
Mahnı Sözləri, Lyrics
Online Mahnı Kitabı


1 ci bənd

Ətir saçır gül-çiçək,
Gülsün ömrün bahar tək,
Bizim bu şən həyatda,
Xoş qədəmin mübarək.


- nəq -

Ay mənim Arzu qızım,
Ay mənim Arzu qızım,
Arzu qızım...
Ömrümün yazı qızım,
Sevinci, nazı qızım
Arzu qızım...

2 ci bənd

Dağda duman, çən gözəl
Şehli ot, çəmən gözəl
Qəlbimdə min arzum var,
Hamısından sən gözəl.

- nəq -

Ay mənim Arzu qızım,
Ay mənim Arzu qızım,
Arzu qızım...
Ömrümün yazı qızım,
Sevinci, nazı qızım
Arzu qızım...

3 cü bənd

Ana kimi mehriban,
Varmı gözəl bir insan.
Gün olsun sən özün də,
Böyük Ana olasan...

- nəq -

Ay mənim Arzu qızım,
Ay mənim Arzu qızım,
Arzu qızım...
Ömrümün yazı qızım,
Sevinci, nazı qızım
Arzu qızım...

Söz: İskəndər Coşqun
Mus: Ələkbər Tağıyev


Zeynəb Xanlarova, Arzu Qızım , Mahnı Sözləri, Lyrics Zeynəb Xanlarova,  Arzu Qızım , Mahnı Sözləri, Lyrics Reviewed by minbirmahni on Mart 05, 2016 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.