Mirzə Babayev, Pəncərəmə Qondu Çiçək, Mahnı Sözləri, Lyrics

MİRZƏ BABAYEV
PƏNCƏRƏMƏ QONDU ÇİÇƏK
Mahnı Sözləri, Lyrics
Online Mahnı Kitabı


1 ci bənd

Pəncərəmə qondu çiçək,
O çiçək səndin, dinləndi ağ ləpələr
Əsən külək, dinən külək,
Coşan külək səndin...


- zil -

Ulduzların gözləri ilə
Gördüm səni gecə yarı,
Dalğaların sözləri ilə
Dindi könül arzuları

- nəq -

Aylar keçər, il dolanar
Yenə qəlbim, səni anar.
Aylar keçər, il dolanar
Yenə qəlbim, səni anar...

2 ci bənd

Yollarına doğdu günəş,
O günəş səndin parladı al şəfəqlər...
Ürəyimdə yandı atəş,
O gül atəş səndin...

- zil -

Ulduzların gözləri ilə
Gördüm səni gecə yarı,
Dalğaların sözləri ilə
Dindi könül arzuları

- nəq -

Aylar keçər, il dolanar
Yenə qəlbim, səni anar.
Aylar keçər, il dolanar
Yenə qəlbim, səni anar...
Mirzə Babayev, Pəncərəmə Qondu Çiçək, Mahnı Sözləri, Lyrics Mirzə Babayev,  Pəncərəmə Qondu Çiçək, Mahnı Sözləri, Lyrics Reviewed by minbirmahni on Şubat 22, 2016 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.