Əhdini danmış - Mahnı sözləri,Şarkı sözü,Lyrics

Əhdini danmış


Mus.: və söz.: Məmmədbağır Bağırzadə 


Yazıq bu canım eşq oduna yandı əzəldən
Baş açmadı heç, qəlbi didən nazlı gözəldən.


Nəq.:


Bilməm məni dilbər niyə bu odlara salmış 
Hicranın əlindən ürəyim qəmlərə dalmış.
Həsrətlə görüş yerlərinə baxdım ağladım
O əksini öpdüm yenə, bərk-bərk qucaqladım.



Etdin günümü qarə sən, ey əhdini danmış 
Saldın məni bu odlara, ey odlara yanmış 


Getdi o dilbər, düşdüm xəyalə,
Eşqi salıbdır məni bu halə.
Dözmür ürəyim fikrə, xəyalə,
Eşqi salıbdır məni bu halə.
Əhdini danmış - Mahnı sözləri,Şarkı sözü,Lyrics Əhdini danmış - Mahnı sözləri,Şarkı sözü,Lyrics Reviewed by Mrs-N on Şubat 17, 2020 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.