Ey dost - Mahnı sözləri, Şarkı sözü, Lyrics

Ey dost


Mus.: Ələkbər Tağıyev
Söz.: Hafiz Baxış



Getdin xəyal kimi dönmədin geri
Ey dost, intizarda qalan mən oldum 
Yadıma saldıqca ötən günləri
Qəmlər dünyasına dalan mən oldum.



Nəq.: 


Adımı adınla bağladım hər an
Dedim qoy olmasın yolunda duman,
Səni el gözündə daim ucaldan 
Eldən min tənə alan mən oldum.



Qəlbimdən hərarət, qan verdim sənə
Şöhrət verdim sənə, şan verdim sənə 
Ey dost, canımdan da can verdim sənə 
Axırda can evi talan mən oldum.


Mən oldum,
Axırda can evi talan mən oldum.
Ey dost - Mahnı sözləri, Şarkı sözü, Lyrics Ey dost - Mahnı sözləri, Şarkı sözü, Lyrics Reviewed by Mrs-N on Şubat 15, 2020 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.