Ey anam, Bakı! - Mahnı sözləri,Şarkı sözü, Lyrics

Ey anam, Bakı!



Mus.: Bəhram Nəsibov
Söz.: Dəmir Gədəbəyli



Quş kimi uçaram, ellərdən ellərə
Dağlardan dağlara, çöllərdən çöllərə.


Gəzsəm də hər yanı, bu geniş dünyanı 
İnanma yad eldə sənsiz  mən dayanam
Ey anam, Bakı!


Getsəm də hayana, dönərəm qoynuna 
Övlad tək dolaram  qolumu boynuna
Ayrılıq zamanı həsrəti, hicranı
Qəlbimdə daşıyıb, duyanam, Bakı
Ey anam, Bakı!


Sən mənim şöhrətim, öz ana torpağım
Xoşbəxtlik sinəndə, ey baba ocağım


Küləklər şəhərim, çiçəklər şəhərim
Nəğməylə oyanıb, şəfəqə boyanan Bakı!
Ey anam Bakı!

Ey anam, Bakı! - Mahnı sözləri,Şarkı sözü, Lyrics Ey anam, Bakı! - Mahnı sözləri,Şarkı sözü, Lyrics Reviewed by Mrs-N on Şubat 15, 2020 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.