Ey günahsız əzizim - Mahnı sözləri, Şarkı sözü,Lyrics

Ey günahsız əzizim 

Mus.: Bəxtiyar Kərimov 
Söz.: Gəray Fəzli


Dinlə, gör nə deyir sinəmdə ürək
Dilim söz tutmayır, dinəndə ürək 
Nə məndə can qalıb, nə səndə ürək
Mən sənə qəlbimi açandan bəri.


Günahımız nədir bizim,
Ay günahsız əzizim?!


Dəyişik salmışam baharı qışla
Çiçəyi çəmənlə, qarı yağışla.
Sən mənim qəlbimə bircə baxışla
Yüz Günəş işığı saçandan bəri.



İndi eşqimizə hamı göz olub,
Sizdə söhbət olub, bizdə söz olub.
Son günlər anam da səbirsiz olub
Gözləyir yolunu haçandan bəri.
Ey günahsız əzizim - Mahnı sözləri, Şarkı sözü,Lyrics Ey günahsız əzizim - Mahnı sözləri, Şarkı sözü,Lyrics Reviewed by Mrs-N on Şubat 15, 2020 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.