Dünya bir nəğmə idi - Mahnı sözləri, Şarkı sözü,Lyrics
Dünya bir nəğmə idi
Mus.:Oqtay Kazımi
Söz.: Cabir Novruz
Dünya bir nəğmə idi, dünya bir yuxu idi
Elə bil Yer üzündə bir tifil də yox idi
Elə bil hər tərəfdən süd qoxusu gəlirdi
Analar şərəfinə mahnılar yüksəlirdi
Bütün aləm elə bil bu lövhəyə dalırdı
Bir ana qucağında bir körpə aparırdı.
Küçələrdən keçənlər durub boylanırdılar
Cavan qızlar sızlayıb gizlicə yanırdılar
Göz qoyurdu qarılar, köks ötürüb dərindən
Seyr edirdi uşaqlar, seyr edirdi gəlinlər
Bütün aləm elə bil bu lövhəyə dalırdı
Bir ana qucağında bir körpə aparırdı.
Dünya bir nəğmə idi - Mahnı sözləri, Şarkı sözü,Lyrics
Reviewed by Mrs-N
on
Ocak 13, 2020
Rating:
Hiç yorum yok: