Çıxaq görüşə - Şarkı sözü,Mahnı sözləri,Lyrics
Çıxaq görüşə 
Mus.: Ramiz Mustafayev
Söz.: Adil Babayev
Sevgilim, bu axşam çıxaq görüşə
Sənə deyiləsi xeyli sözüm var.
Rahat buraxmayır məni nə vaxtdır,
Sinəmdə kükrəyən təmiz duyğular.
Nəq.:
Sən ki, çox sevirsən sahil boyunca,
Yan-yana düzülmüş ağ qəndilləri.
Gəl, əziz sevgilim, görüşək bu gün,
Qoy ötsün fərəhlə gənclik illəri.
Gəl bu gün görüşək, çıxma sözümdən,
Dəniz dalğasızdır, asiman təmiz.
Qoy sabah iş vaxtı ruh versin bizə,
Sadə görüşümüz, xoş söhbətimiz.
Çıxaq görüşə - Şarkı sözü,Mahnı sözləri,Lyrics 
 
        Reviewed by Mrs-N
        on 
        
Kasım 16, 2019
 
        Rating: 
Hiç yorum yok: