Çıxanda Azərbaycan elinə - Şarkı sözü,Lyrics,Mahnı sözləri
Çıxanda Azərbaycan elinə
Səni and verirəm əhdi-peymana,
Salma aşiqini kənar,sevgilim.
Öz əlinlə məlhəm eylə yarama,
Özgə əli dəysə qanar, sevgilim.
Nəq.:
Sən çıxanda Azərbaycan elinə
Könüllər bağlanar ipək telinə.
Qorxuram yad əl toxuna əlinə,
Alışar cəsədim, yanar, sevgilim.
Qara hörükləri görəndə bir an
Bağlanar qanadım,qolum, sevgilim.
Bu yolda əhdimdən dönərəmsə mən,
Gül kimi saralım, solum, sevgilim.
Nəq.:
Qalma intizarda, qalma xəyalda,
Səninlə olaram, olsan da harda.
Məhəbbət yaranıb keçmiş zamanda,
Başa düş, sevgilim, bu məhəbbəti.
Çıxanda Azərbaycan elinə - Şarkı sözü,Lyrics,Mahnı sözləri
 
        Reviewed by Mrs-N
        on 
        
Kasım 16, 2019
 
        Rating: 
Hiç yorum yok: