Çiçək tapa bilmədim - Şarkı sözü,Mahnı sözləri,Lyrics
Çiçək tapa bilmədim 
Mus.: Polad Bülbüloğlu 
Ayaqlarım yoruldu,
Çiçək tapa bilmədim.
Gün batdı, axşam oldu,
Çiçək tapa bilmədim.
Nəq.:
Siz çiçəkdən çoxsunuz,
Çiçəkdən gözəlsiniz,
Ay yurdumun qızları,
Közərən ulduzları,
Sizin saçlarınıza,
Düzərəm ulduzları.
Pəncərələr qarışdı,
Sevən gözlər yarışdı,
Küsüşənlər barışdı
Çiçək tapa bilmədim.
Çiçək tapa bilmədim - Şarkı sözü,Mahnı sözləri,Lyrics 
 
        Reviewed by Mrs-N
        on 
        
Kasım 16, 2019
 
        Rating: 
Hiç yorum yok: