Çiçək yağışı - Şarkı sözü,Mahnı sözləri,Lyrics
Çiçək yağışı
Mus.: Emin Sabitoğlu 
Söz.: Vaqif Səmədoğlu 
Sevirəm deyən dodaqlara,
Günəşə baxan uşaqlara,
Dənizə çıxan qayıqlara,
Bir yağış yağır gecə, səhər.
Hər damlası bir çiçək, bir gül,
Bir arzu, bir söz,
Bir tale, bir bəxt gətirir,
Bəzən bir ümid,bəzən göz yaşı
Gətirir bir çiçək yağışı.
Bir yağış yağır gecə, səhər,
Boyayır rənginə dünyanı.
Böyüyür sevinc, sönür kədər,
Bir yağış yağır gecə, səhər.
Çiçək yağışı - Şarkı sözü,Mahnı sözləri,Lyrics 
 
        Reviewed by Mrs-N
        on 
        
Kasım 17, 2019
 
        Rating: 
Hiç yorum yok: