Çiçəklər - Mahnı Sözləri Şarkı Sözü Lyrics
Çiçəklər 
Mus.: Ramiz Mustafayev 
Söz.: Tacəddin Şahdağlı
Çiçəklər baharın gülüşləridir,
Çiçəklər dağlarda qarı əridir,
Çiçəklər kəpənək qanadlıdırlar,
Çiçəklər əzəldən yel atlıdırlar.
Çiçəklər torpağın alın təridir,
Çiçəklər mavidir,ağdır,sarıdır
Çiçəklər düzlərin naxışlarıdır.
Çiçəklər ilməsiz, əlvan xalıdır,
Çiçəklər süfrədə beçə balıdır
Çiçəklər dünynın gözüdür, əlbət ,
Çiçəklər baharın özüdür fəqət.
Çiçəklər - Mahnı Sözləri Şarkı Sözü Lyrics 
 
        Reviewed by noname
        on 
        
Kasım 19, 2019
 
        Rating: 
Hiç yorum yok: