Çıx bəxtimin yollarına - Şarkı sözü,Mahnı sözləri,Lyrics
Çıx bəxtimin yollarına
Mus.: Nərirman Məmmədov 
Əsmə xəzan yeli kimi,
Coşma dağlar seli kimi,
Nazlan nərgiz gülü kimi,
Çıx bəxtimin yollarına 
Nəq.: 
Ürəyimdə sözüm qaldı,
Gözlərində gözüm qaldı,
Durna kimi uçub  getdin,
Təkcə mənə dözüm qaldı.
Bax açılan qollarıma,
Çıx bəxtimin yollarına.
Bir məlhəmdir yad baxışın
Təbəssümün yaz yağışı
Gətir yazı, apar qışı 
Çıx bəxtimin yollarına.
Çıx bəxtimin yollarına - Şarkı sözü,Mahnı sözləri,Lyrics 
 
        Reviewed by Mrs-N
        on 
        
Kasım 14, 2019
 
        Rating: 
Hiç yorum yok: