Çərşənbə günündə - Şarkı sözü,Lyrics,Mahnı sözləri
Çərşənbə günündə
Mus: Qənbər Hüseynli
Söz.: Aşıq Ələsgər
Çərşənbə günündə, çeşmə başında 
Gözüm bir alagöz xanıma düşdü
Atdı müjgan oxun, keçdi sinəmdən 
Cadu qəmzələri qanıma düşdü.
İşarət eylədim, dərdimi bildi,
Gördüm həm gözəldi, həm əhli-dildi.
Başını buladı, gözündən güldü,
Güləndə qadası canıma düşdü.
Ələsgərəm, hər elmidən halıyam
Gözəl, sən dərdlisən, mən yaralıyam
Dedi.: "Nişanlıyam,özgə malıyam",
Sındı qol-qanadım,yanıma düşdü.
Çərşənbə günündə - Şarkı sözü,Lyrics,Mahnı sözləri
 
        Reviewed by Mrs-N
        on 
        
Kasım 14, 2019
 
        Rating: 
Hiç yorum yok: