Çayçı qızlar - Şarkı sözü,Mahnı sözləri,Lyrics
Çayçı qızlar 
Mus.: Şəfiqə Axundova 
Söz.: Mirvarid Dilbazi
Gözəl qız əlində çay gözəl olur,
Zəfərlə gələn il, ay gözəl olur,
Ürəklə verilən pay gözəl olur,
Bol olsun Vətənə payınız, ay qızlar.
Nəq.:
Çayçı qızlar, çayçı qızlar,
Yaraşır ağ ələ məxməri rəngi
Ağın, qırmızının var öz ahəngi 
Olsun başınızda zəhmət çələngi.
Xoş gəlsin ayınız,
Xoş gəlsin iliniz,
Ay qızlar, ay qızlar,
Çayçı qızlar, çayçı qızlar.
Armudu stəkan süfrələr üstə
Gətirin buğlansın bizim gül dəstə
İçməmiş, ətrindən sağalar xəstə
Həkimdir, loğmandır, çayınız, ay qızlar.
Nəq.:
Ətrinə gülabmı qatılıb belə
Yarpağı güldənmi tutulub belə
Gedir şöhrətiniz,gedir hər elə,
Elin şöhrətidir çayınız, ay qızlar.
Çayçı qızlar - Şarkı sözü,Mahnı sözləri,Lyrics 
 
        Reviewed by Mrs-N
        on 
        
Kasım 14, 2019
 
        Rating: 
Hiç yorum yok: