Ceyran Bala - Mahnı Sözləri Şarkı Sözü Lyrics

Ceyran Bala

Xalq mahnısı

Başında ipəkli saçaq şalın var,
Küsdürmüsən sən, mənə az yalvar.
Eşitmişəm sənin özgə yarın var,
Aman, a ceyran, a ceyran balam.

Nəq.:

Ölürəm a ceyran, a ceyran bala,
Yanıram a ceyran bala,
Yazığam a ceyran bala.

Yarı yola saldım könlüm bulandı,
Evə gəldim, ev başıma dolandı.
Anası, bacısı könlümü aldı,
Aman, a ceyran, a ceyran balam.

Nə demişəm incimisən sözümdən?
Vurğununam, xəbərim yox özümdən.
Yalvarıram, uzaq olma gözümdən,
Aman, a ceyran, a ceyran balam.

Günü-gündən artır ürəkdə yaram,
Heç bilmirəm dərmanın kimdən soram.
Əlac ona qalıb yara yalvaram,
Aman, a ceyran, a ceyran balam.

Qara qaşlı, əyil, öpüm qaşından,
Çadra sənə yaraşmır, at başından.
Oduna yanıram on beş yaşından,
Aman , a ceyran, a ceyran balam.

Bir yaylığım vardı gülü özündən
Dolanın başına, öpüm üzündən.
Mən nə dedim, küsdün mənim sözümdən,
Yanıram, a ceyran, a ceyran bala.

Dərdimi soruş bir qız yoldaşından
Yarımın xəyalı getməz başımdan.
Oduna yanıram on beş yaşından
Yanıram a ceyran, a ceyran bala.

Asta yeri, kəmər düşər belindən,
Nə eşitdin mən yazığın dilindən
Ayrı düşdüm sevgilimdən, gülümdən,
Yanıram a ceyran, a ceyran bala.

Ceyran Bala - Mahnı Sözləri Şarkı Sözü Lyrics Ceyran Bala - Mahnı Sözləri Şarkı Sözü Lyrics Reviewed by noname on Kasım 01, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.