Ceyran Sevgilim - Mahnı Sözləri Şarkı Sözü Lyrics

Ceyran Sevgilim

Xalq mahnısı

Bağça-bağda gəzən qız
Sona kimi süzən qız,
Qara telin hər yana,
Dəstə-dəstə düzən qız

Gəl-gəl, gəl-gəl, ay qız,
Belə, ceyran sevgilim
Dur gəl, dur gəl,ay qız
Belə, mənim öz gülüm.

Yolumda durma, oğlan,
Boynunu burma, oğlan
Mənə hərdən söz atıb
Özünü yorma, oğlan!


Məni yoldan etmə,
Belə, ey cavan oğlan
Gəl, məni incitmə
Belə mehriban oğlan!

Nə gözəl qamətin var
Üzün Ay kimi parlar
Gözlərin şölə çəkib
Can evimi alovlar.



Mənə söz atma, oğlan
Qaş-göz oynatma, oğlan,
Şirin-şirin danışıb
Məni aldatma, oğlan!


Gözüm qalıbdır səndə,
Gəl,gəzək bu çəməndə,
Deyək-gülək, danışaq,
Bu gözəl Vətənimdə.

Sənə məndən yar olmaz,
Vəfalı dildar olmaz.
Oğlanlar da deyərlər:
Qızda düz ilqar olmaz.

Ceyran Sevgilim - Mahnı Sözləri Şarkı Sözü Lyrics Ceyran Sevgilim - Mahnı Sözləri Şarkı Sözü Lyrics Reviewed by noname on Kasım 01, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.