Ceyran Ana - Mahnı Sözləri Şarkı Sözü Lyrics

ƏCeyran ana

Mus.: Bəxtiyar Kərimov
Söz.:Həmid Abbas

Alovludur məhəbbətin,
Mehribansan anam kimi.
İstəyirəm mən də yanam,
Sən oduma yanan kimi.

Nəq.:

Mən borcluyam sana, ana,
Gülərüzlü mehribana.
Sən analar anasısan,
Ceyran ana, Ceyran ana.

Ay belində sən yurdumu,
Dolanmısan qarış-qarış
Özün polad, adın Ceyran,
Ellər sənə olmuş heyran.


Nəq.:

Saçlarının gümüş rəngi
Nur çiləyib ömürlərə.
Hünərinlə, zəfərinlə,
Qovuşmuşuq bu günlərə.

Ceyran Ana - Mahnı Sözləri Şarkı Sözü Lyrics Ceyran Ana - Mahnı Sözləri Şarkı Sözü Lyrics Reviewed by noname on Ekim 31, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.