Can deyər, can eşidər - Şarkı sözü,Mahnı sözləri,Lyrics

Can deyər, can eşidər



Mus.: Nəriman Məmmədov
Söz.: Fikrət Qoca 



Ətəyindən tök daşı,
Küsmə hər addımbaşı
Ay canım,yaxşı, yaxşı
Yaxşı, sən deyən olsun.




Nəq.:

Yayın qoşa qolu olaq,
Ömrün qoşa yolu olaq,
Elin qızı, oğlu olaq,
Can deyək, can eşidək.
Gəl mənimlə döyünmə,
Alovdan don geyinmə
Öz-özünə deyinmə,
Yaxşı, sən deyən olsun.



Adam yarı danlamaz,
Sevməyən söz anlamaz.
Sevənlər çığallamaz
Yaxşı, sən deyən olsun. 
Can deyər, can eşidər - Şarkı sözü,Mahnı sözləri,Lyrics Can deyər, can eşidər - Şarkı sözü,Mahnı sözləri,Lyrics Reviewed by Mrs-N on Ekim 24, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.