Can həkim - Mahnı Sözləri Şarkı Sözü Lyrics

Can həkim

Mus: Ələkbər Tağıyev

Qəlbi çiçəklərdən, güllərdən təmiz,
Bizə sirdaş olan mehriban həkim.
Yanına gəlirik olsa dərdimiz
Edirsən hər dərdə sən dərman,həkim.

Nəq.:

Ellər loğman deyib sənə əzəldən,
Sınıq könülləri sənsən düzəldən,
Ömrün baharının vaxtı xəzəldən,
Gəl qoru,min kərə qoru,can həkim.
Can həkim, mehriban, can həkim.


Bəzən incitsə də qəlbini kədər,
Səni gülərüzlü görür xəstələr,
Dərmanın çox acı olsa da əgər,
Şəkər gülüşlüsən hər zaman, həkim.

Can həkim - Mahnı Sözləri Şarkı Sözü Lyrics Can həkim - Mahnı Sözləri Şarkı Sözü Lyrics Reviewed by noname on Ekim 28, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.