Can ciyərlərim - Şarkı sözü,Mahnı sözləri,Lyrics

Can ciyərlərim



Mus və söz: Məmmədbağır Bağırzadə



Yığılaq a dostlar,  hər gün bir yerə
Əziz qardaşlarım, can ciyərlərim 
Yarıyaq həmişə xeyirə-şərə
Ey əziz dostlarım, can ciyərlərim.



Doğmadır bizimçün Bakı şəhəri,
Seyr edək dalğalı mavi Xəzəri.
Yatmayaq bu gecə açaq səhəri,
Ey əziz dostlarım, can ciyərlərim 



Dostluğa bağlıyaq eşqi ürəyi
Kəsməyək ölüncə payı-köməyi
Heç vaxt itirməyək duzu çörəyi 
Ey əziz dostlarım, can ciyərlərim.

Can ciyərlərim - Şarkı sözü,Mahnı sözləri,Lyrics Can ciyərlərim - Şarkı sözü,Mahnı sözləri,Lyrics Reviewed by Mrs-N on Ekim 24, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.